“Xəzər Lənkəran” baş məşqçisi ilə yollarını ayırdı

“Xəzər Lənkəran” baş məşqçisi ilə yollarını ayırdı
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2010 / 10:47 3088
-  A +

“Xəzər Lənkəran” klubu Gənclər İnkişaf Proqramının baş məşqçisi Yuri Panfilovla yollarını ayırıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyi məşqçinin öz istəyi ilə istefaya getməsi ilə əlaqədar ərizəsinə müsbət cavab verib. Gənclər İnkişaf Proqramı rəhbərinin səlahiyyətləri müvəqqəti olaraq klubun əvəzedici heyətinin məşqçisi Samir Ələkbərova həvalə olunub.
Qeyd edək ki, Yuri Panfilov bu klubda 2009-cu ilin iyulundan işləyirdi. O, “Xəzər Lənkəran” daxilində uşaq futbolunun inkişafına cavabdeh idi və yeniyetmə yaş qruplarının məşqçilərinə rəhbərlik edirdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı