Azərbaycanlı futbolçular “San-Siro”da “Milan”ın oyununu izlədi

Azərbaycanlı futbolçular “San-Siro”da “Milan”ın oyununu izlədi
XƏBƏR 18 Oktyabr 2010 / 17:36 2089
-  A +

Son Azərbaycan çempionu “İnter”lə İtaliyanın “Milan” klubu arasında imzalanmış müqaviləyə əsasən 2008 və 2009-cu illərdə Azərbaycanda keçirilmiş “Milan Junior Camp” layihəsi çərçivəsində seçilmiş yeniyetmə futbolçular “Milan”a məxsus Vismara İdman Mərkəzində olublar. Oktyabr ayının 15-dən 17-dək davam edən, təlim-məşq prosesi və turnirdən ibarət olan “Milan Junior Camp” düşərgəsinə qatılan Mansur Nəhavəndi, Təyyar Məmmədov, Feyruz Mustafayev və Fuad Bayramlı dünyanın 35 ölkəsindən gəlmiş həmyaşıdlarıyla birlikdə meydana çıxaraq, məharətlərini nümayiş etdiriblər. Keçirilən üç qarşılaşmada Təyyarla Feyruz hərəyə bir qol vurmağı bacarıblar.
Düşərgənin başa çatmasından sonra layihə iştirakçıları məşhur San-Siro stadionuna gələrək, “Milan” – “Kyevo” qarşılaşmasını canlı izləmək imkanı qazanıblar. Fasilədə layihə iştirakçıları alqış sədaları altında meydana çıxaraq, azarkeşləri salamlayıblar. Təqdimat zamanı diktor Azərbaycandan da yeniyetmə futbolçuların “Milan Junior Camp” düşərgəsinə qatıldığını elan edib.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq