Millimizin sabiq üzvləri tənqid olundu

Millimizin sabiq üzvləri tənqid olundu
XƏBƏR 18 Oktyabr 2010 / 16:57 1802
-  A +

Həmyerlilərimiz İlqar Qurbanov və Ernani Pereyranın formasını geydiyi “Mersin İdman Yurdu” klubunun azarkeş saytında komandanın son turda yaşadığı məğlubiyyət sonrası hər bir futbolçunun çıxışına xüsusi qiymət verilib. Qol.Az-ın məlumatına görə, xəbərdə həmyerlilərimizdən ümumi olaraq narazı qalınması diqqəti cəlb edib. Ernanidən daha çox şikayətlənən azarkeşlər müdafiəçi haqqında bu fikirləri qeyd ediblər: “Bank Asya Liqasında oynayan müdafiəçilər arasında çox güman ki, ən ləngi Ernanidir. Belə bir futbolçunu legioner kimi komandaya cəlb etmək komediyadır. Təkbətək mübarizələrdə çox zəifdir. Bununla yanaşı hava mübarizəsində də kifayət qədər güclü deyil. Bu yaşda belə bir futbolçunu transfer edib meydana çıxarmaq böyük səhvdir. Son matçdakı oyunu barədə yazmaq belə istəmirik. Çünki meydanda heç bir şeylə yadda qalmadı”.
İlqar Qurbanovun da zəif oyununu qeyd edən azarkeşlər bununla belə həmyerlimizin əvəz etdiyi futbolçu ilə müqayisədə daha baxımlı oynadığını vurğulayıblar: “Həftələrdir ki heyətə girə bilməyən İlqar Qurbanov son qarşılaşmada meydana 63-cü dəqiqədə daxil oldu. Sol cinahda Fatih Şəndən daha faydalı işlər gördü, ancaq hələ də oyunu istənilən səviyyədə deyil”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi