FIFA-da rüşvət qalmaqalı

FIFA-da rüşvət qalmaqalı
DÜNYA FUTBOLU 18 Oktyabr 2010 / 15:43 2482
-  A +

FİFA-nın DÇ-2018-i qəbul edəcək ölkənin adını açıqlamasına ayyarım qalsa da, bu məsul hadisə öncəsi qalmaqal baş verib. Qol.Az-ın məlumatına görə, DÇ-2018-in keçirələcəyi ölkənin adının səsverməsində iştirak edəcək iki nəfərin təşkilatçılığa namizəd ölkələrdən rüşvət tələb etməsi qalmaqala səbəb olub. Belə ki, FİFA İcraiyyə Komitəsinin üzvü olan nigeriyalı Amos Adamu vətənində süni örtüklü stadionlar tikmək üçün təşkilatçılığa namizəd ölkələrdən 500 min funt-sterlinq pul tələb edib. Adı çəkilən digər şəxs Okeaniya Futbol Konfederasiyasının prezidenti Reynald Temari isə ölkəsində futbol akademiyasının inşası üçün 1.5 milyon funt-sterlinq tələb etdiyinə görə ittiham olunub. Bu məsələ ilə əlaqədar olaraq dərhal fəaliyyətə başalayan FİFA aparılacaq araşdırmalardan sonra qəti bir qərarın veriləcəyini bildirib. ABŞ DÇ-2018-ə ev sahibliyi etmək yarışından son anda geri çəkilsə də, Rusiya, Hollandiya-Belçika və İspaniya-Portuqaliya kimi dövlətlər bu turnirin təşkilatçılığı uğrunda amansız mübarizə aparır.
Qeyd edək ki, DÇ-2018 və DÇ-2022-nin keçirələcəyi ölkələrin adlarına bu il dekabrın 2-də aydınlıq gələcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın