Del Pyreo “Yuventus”da daha bir rekord təzələdi

Del Pyreo “Yuventus”da daha bir rekord təzələdi
XƏBƏR 18 Oktyabr 2010 / 15:34 2458
-  A +

İtaliya A Seriası təmsilçilərindən “Yuventus”un ulduz futbolçusu Alessandro Del Pyero klubun tarixinə düşüb. Qol.Az-ın məlumatına görə, o, dünən “Leççe” ilə qarşılaşmada vurduğu qolla klub tarixinin ən çox qol vuran ikinci futbolçusu olub. Vurduğu qolla “Yuventus”un heyətində 178-ci dəfə fərqlənən Del Pyero Qyampero Bonipertinin rekordunu təzələyib. 19 ildir ki, “Yuventus” forması geyən təcrübəli futbolçu matçdan sonra verdiyi açıqlamada bunları söyləyib: “Böyük şərəf hissi duyuram. Rəqəmlər önəmli deyil. Boniperti hər zaman onu keçməyimdən şad olacağını bildirirdi. Bu sözlərində səmimi olduğunu bilirəm. Yenə də bu barədə nə düşündüyünü öyrənmək üçün onunla danışacağam”.


Son xəbərlər