Runi “Mançester Yunayted”lə müqaviləni uzatmaqdan imtina etdi

Runi “Mançester Yunayted”lə müqaviləni uzatmaqdan imtina etdi
XƏBƏR 18 Oktyabr 2010 / 14:34 2230
-  A +

İngiltərə milli komandasının futbolçusu Ueyn Runi “Mançester Yunayted” klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib. Lent.az-ın “The Independent” nəşrinə istinadən verdiyi məlumata görə, Runinin hazırkı müqaviləsi 2012-ci ilin iyununda başa çatır. O, ildə 4,16 milyon funt sterlinq (4,77 milyon avro) qazanır. 25 yaşlı hücumçu “qırmızı şeytanlar”ın transfer bazarındakı aktivliyinin aşağı olmasından və komandanın veteranları Rayan Giqqz, Pol Skoulz və Qari Nevillə bərabər futbolçuların olmamasından narazıdır. Runi ona təklif edilən yeni müqavilə şərtləri ilə də razılaşmayıb. Klub rəhbərliyi futbolçuya ildə 7,8 milyon funt ödəyə biləcəyini deyib.
Digər tərəfdən, Runinin baş məşqçi Aleks Ferqyusonla münasibətləri pozulub. Ferqyuson onu 2010-2011-ci il mövsümündə 4 matçda ehtiyatda saxlayıb. Baş məşqçi bunu zədə ilə əlaqələndirsə də, futbolçunun özü sağlam olduğunu deyib. Nəşr yazır ki, ingiltərəli forvard 2011-ci ilin yayında “Mançester Yunayted”i tərk edəcək. Ona İngiltərənin “Mançester Siti” və İspaniyanın “Real” klubları iddialıdır. “Real” bu transfer üçün 50 milyon funt ödəməyə hazırdır. Həmçinin Kərim Benzemanın Runinin əvəzinə verilməsi də mümkündür.
Qeyd edək ki, Ueyn Runi 2004-cü ilin yayında 25,6 milyon funt qarşılığında “Everton”dan “Mançester Yunayted”ə keçib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı