Hacı Hacıyev: “Mahir bu oyunu heç də yüksək səviyyədə keçirmədi”

Hacı Hacıyev: “Mahir bu oyunu heç də yüksək səviyyədə keçirmədi”
XƏBƏR 18 Oktyabr 2010 / 14:19 1953
-  A +

Rusiyanın “Anji” klubunda forma geyən və millimizin əsas üzvlərindən biri olan Mahir Şükürov acı məğlubiyyətlə üzləşib. Qol.Az-ın məlumatına görə, səfərdə Moskva “Dinamo”su ilə qarşılaşan həmyerlimizin komandası meydandan 0:4 hesablı biabırçı yenilgiylə ayrılıb. Lakin Mahir bu qarşılaşmanın cəmi bir hissəsində meydanda olub. Start heyətində meydana çıxan futbolçumuz fasilədə əvəzlənib. Mahirin meydanda olduğu müddətdə iki qol buraxan Mahaçqala klubu fasilədən sonra da iki qapısından iki top çıxarıb.
“Anji”nin baş məşqçisi Hacı Hacıyev isə həmyerlimizin oyunundan da narazı qaldığını dilə gətirib: “Hazırda “Dinamo”nun güclü komanda olması bir həqiqətdir. Lakin bu o demək deyil ki, onlar bu oyunda 4:0 hesabı ilə qalib gəlməliydi. Düşünürəm ki, Mahir bu oyunu heç də yüksək səviyyədə keçirmədi. O var gücü ilə çıxış etmədi. İqor Strelkovun Mahiri əvəzləməsindən sonra meydanda bəzi yerdəyişmələr apardıq ki, bunun da nəticəsində hücumda daha yaxşı oynadıq. Lakin onu da deyim ki, Strelkovun ikinci hissədə meydana çıxması oyundan əvvəl müəyyənləşdirilmişdi. Yəni ki, bu sırf planlaşdırılmış bir əvəzetmə idi”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord