Millimizin sabiq üzvləri darmadağın oldu, baş məşqçiləri qovuldu

Millimizin sabiq üzvləri darmadağın oldu, baş məşqçiləri qovuldu
XƏBƏR 18 Oktyabr 2010 / 13:31 1886
-  A +

Türkiyə Bank Asya birinci liqasında növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, millimizin sabiq oyunçuları İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduğu “Mersin İdman Yurdu” doğma meydanda Anatoli Ponomaryovun sabiq komandası “Orduspor”la qarşılaşıb. Ernani bu oyunda ilk dəfə start heyətində meydana çıxıb və əvəzlənmədən mübarizə aparıb. Oyunda hesabı mersinlilər açsa da, ikinci yarıda qapısında 4 qol görərək, biabırçı məğlubiyyətlə üzləşib. İlqar isə hesab 1:3 olarkən, 63-cü dəqiqədə Veysəlin əvəzində meydana çıxıb.
Belə rüsvayçı yenilgidən dərhal sonra “Mersin İdman Yurdu”nun baş məşqçisi Yüksel Yeşilova istefaya göndərilib. Hələlik futbolçularımızın yeni çalışdırıcısının kim olacağı barədə məlumat verilmir. İlqarla Ernaninin komandasının turnir cədvəlində geriləyərək, 9 xalla 8-ci pilləyə düşüb.


Son xəbərlər