Superliqada növbəti baş məşqçi istefası gerçəkləşdi

Superliqada növbəti baş məşqçi istefası gerçəkləşdi
XƏBƏR 18 Oktyabr 2010 / 13:03 2193
-  A +

Türkiyə Superliqa təmsilçilərindən olan “Gənclərbirliyi” baş məşqçisi Tomas Dollu istefaya göndərmək qərarına gəlib. Qol. Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb son turda bu komandanın “Antalyaspor”a 2:3 hesablı və cari mövsümkü məğlubiyyəti olub. Məlumatda bildirilir ki, yeni baş məşqçinin gəlişinədək “Gənclərbirliyi”nə köməkçi-məşqçi Sərdar Dayat rəhbərlik edəcək. Dollun mümkün əvəzediciləri qismində isə Giray Bulak, Rza Çalımbay və digər mütəxəssislərin adları çəkilir.
Qeyd edək ki, “Gənclərbirliyi” 8 turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb.


Son xəbərlər