Premyer Liqada liderlər üçün faciəvi tur (YENİLƏNİB)

Premyer Liqada liderlər üçün faciəvi tur (YENİLƏNİB)
PREMYER LİQA 17 Oktyabr 2010 / 17:12 10822
-  A +

Unibank Premyer Liqasında 9-cu turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə keçirilən 3 qarşılaşmayla millimizin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki çıxışıyla əlaqədar yaranmış 2 həftəlik fasilə başa çatıb. Hesabat turuna Qəbələdə eyniadlı yerli komandayla “Muğan” arasındakı matçla start verilib. Turnir cədvəlində qonşu olan tərəflərin duelini meydan sahibləri qazanıb. Rəqib qapısından 2 cavabsız qol keçirən Toni Adamsın komandası növbəti qələbəsini rəsmiləşdirib. Günün ikinci oyununda isə AZAL-la “İnter” üz-üzə gəlib ki, bu matç həm də turun mərkəzi qarşılaşması hesab olunurdu. Çoxları "bankirlər"in qələbə qazanacağını düşünsə də, Nazim Süleymanovun komandası böyük sensasiyaya imza atıb. Rəqib qapısından 5 cavabsız top keçirən "təyyarəçilər" nəticədə bu rəqibini turnir cədvəlində qabaqlamağı bacarıb. Günün son oyunu isə “Bakı”yla MOİK arasında baş tutub. Meydan sahibləri erkən qola üzülsə də, sonda əzmkar qələbəyə seviniblər.

Premyer Liqaya bu gün keçirilən 3 oyunla yekun vurulub. Liderlər - "Neftçi" və "Xəzər Lənkəran" qərb səfərindən üzüağ dönə bilməyib. Lənkəranlılar Gəncədə hesabı açmaqlarına peşman olub. Elə ilk yarıda bu qollardan 3-nün əvəzini çıxmağı bacaran meydan sahibləri son dəqiqələrdə daha bir qol vurmaqla Mirça Rednikin komandasına şok yaşadıblar. Arif Əsədovun komandası isə Tovuzda iki dəfə hesabda önə keçdiyi oyundan 1 xalla dönüb. "Qarabağ" isə "Simurq"la qarşılaşmada çətinliklə də olsa, 3 xala sevinə bilib. İlk yarısı qolsuz tamamlanan qarşılaşmanın ikinci hissəsində qonaqlar iki dəfə hesabda önə keçsə də, sonda qələbə Qurban Qurbanovun komandasına qismət olub.

Unibank Premyer Liqası
9-cu tur

17 oktyabr (bazar)

"Gəncə" - "Xəzər Lənkəran" - 4:1

17 oktyabr 2010. Saat 15:00. Gəncə şəhər stadionu. 17500 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Eldar Nağıbəyov
Dördüncü hakim: Hacıəli Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Ramal Hüseynov, 45; Sabir Allahquliyev, 74 // Elnur Allahverdiyev, 45
Qollar: Junivan Suares, 6; Samir Zərgərov, 38; Sabir Allahquliyev, 40, 90+2 // Katalin Doman, 4
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Gəncə”: Еdis Kurtanoviç, Xəyal Mustafayev, Şahin Kərimov, Azər Məmmədov (k), Mətləb Məmmədov, Samir Zərgərov (Armand Feutchine, 81), Ramal Hüseynov, Ceyhun Sultanov (Georgi Seturidze, 86), Sabir Allahquliyev, Zura Dzamsaşvili, Junivan Suares (İbrahim Hüseynov, 90).
Baş məşqçi: Fuad İsmayılov.
“Xəzər Lənkəran”: Denis Romanovs, Elnur Allahverdiyev, Adrian İordaşe, Allan Lalin (Elvin Beqiri, 62), Rahid Əmirquliyev, Alim Qurbanov, Radomir Todorov, Kristian Kabral (Dieqo Ruiz, 46), Katalin Doman, Uinston Parks, Stelian Stanku (Ramazan Abbasov, 72).
Baş məşqçi: Mirça Rednik.

"Turan" - "Neftçi" - 2:2

17 oktyabr 2010. Saat 15:00. Tovuz şəhər stadionu. 2300 tamaşaçı
Baş hakim: Ceyhun Haşımov
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, İlham Əliyev
Dördüncü hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Orucəli Durmuşov
Sarı vərəqə: Georgi Çediya, 86; Kamal Bayramov, 89 // Paulius Qribauskas, 86
Qollar: Viktor Qonta, 43; Georgi Çediya, 87 // Flavio Aleks Valeniso, 32; Bahadır Nəsimov, 66
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Turan”: Kamal Bayramov, Hüseyn İsgəndərov, Vurğun Hüseynov (k), Ruslan Namazov, Viktor Qonta (Azər Məmmədov, 62), Şalva Pirtsxalava (Şəhriyar Xəlilov, 78), Hafiz Əliyev, Rəşad Orucov, Georgi Çediya, Fərmayıl Əliyev, Romuald Onana (Fərman Kərimov, 60).
Məşqçi: Elxan Abdıyev.
“Neftçi”: Paulius Qribauskas, Ruslan Əmircanov, Denis Silva, Ruslan Abışov, Alessandro Viana da Silva, Elmar Baxşiyev (k) (İqor Mitreski, 46), Rəşad Abdullayev (Cavid İmamverdiyev, 55), Flavio Aleks Valensio (Cavid Hüseynov, 73), Fərid Quliyev, Slavko Georgiyevski, Bahadır Nəsimov.
Baş məşqçi: Arif Əsədov.

"Qarabağ" - "Simurq" - 3:2

17 oktyabr 2010. Saat 15:20. T.Bəhramov adına Respublika stadionu. 100 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Roman Vasilyev, Elşən Durmuşov
Dördüncü hakim: Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Murad Məmmdov
Sarı vərəqələr: Tofiq Mikayılov, 28; Elvin Yunusov, 70; Paulius Paknis, 80; Anar Həsənli, 90
Qollar: Georgi Adamiya, 52; Rauf Əliyev, 77; Rəşad Sadiqov, 88 // Baçana Sxadadze, 46; Tofiq Mikayılov, 73
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Qarabağ”: Fərhad Vəliyev (k), Zaur Həşimov, Rəşad Sadiqov, Elvin Məmmədov, Emin İmaməliyev (Andrey Rubins, 75), Rəşad Kərimov (Aslan Kərimov, 83), Vüqar Nadirov (Rauf Əliyev, 66), Admir Teli, Ansi Aqolli, Devran Ayhan, Georgi Adamiya.
Baş məşqçi: Qurban Qurbanov.
“Simurq”: Adnan Hodziç, Rüstəm Məmmədov (Ramil Sayadov, 69), Rasim Ramaldanov (k), Elvin Yunusov, Paulius Paknis, Mikayıl Rəhimov, Anar Həsənli, Tofiq Mikayılov (Elvin Musazadə, 77), Əli Bağırov, Qərib İbrahimov (Samir Əliyev, 46), Baçana Sxadadze.
Baş məşqçi: Qyoko Haciyevski.


16 oktyabr (şənbə)

"Qəbələ" - "Muğan" – 2:0

16 oktyabr 2010. Saat 15:00. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Mübariz Haşımov
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqə: Razvan Tarlea, 17; Qoqa Beraya, 41; Saşa Yunisoğlu, 63; Nodar Məmmədov, 83 // Nikolay Petrov Valev, 53
Qollar: Branimir Subaşiç, 5; Deon Barton, 34
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Qəbələ”: Pavels Dorosevs, Nodar Məmmədov (Ramin Quliyev, 88), Lyuba Baranin, Bruno da Silva, Deon Barton, Razvan Tarlea, Qoqa Beraya (k) (Abdulkader Kamara, 63), Branimir Subaşiç, Kristian Torres (Terri Kuk, 73), Saşa Yunisoğlu, Stiv Olfers.
Baş məşqçi: Toni Adams.
“Muğan”: İrfan Feyziç, Miloş Zeçeviç, Elnur Abdullayev (k) (Ravi Rəhmanov, 80), Tural Axundov, Saşko Pandev, Zaur Əsədov, Vüsal Hüseynov (Elşən Məmmədov, 46), İlya Prodanoviç, Ekrem Hodziç, Anxel Qutyerres, Reys Klaudiney (Nikolay Petrov Valev, 46).
Baş məşqçi: Almir Hurtiç.

AZAL - "İnter" - 5:0

16 oktyabr 2010. Saat 16:30. “Şəfa” stadionu. 300 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Elman Musayev, Aleksandr Musatkin
Dördüncü hakim: Alik Yunusov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Asif Namazov
Sarı vərəqələr: Jivko, Jelev, 72; Arif Daşdəmirov, 79; Oleksandr Çertoqanov, 84
Qollar: Viktor İbokoyi, 49; 79; Qvidas Yuska, 69; Nuqzar Kvirtiya, 76; Vüsal Qarayev, 82
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
AZAL: Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev (k), Eleandro Pema (Nuqzar Kvirtiya, 46), Viktor İbokoyi, Zohair Benouahi (Hüseyn Axundov, 87), Draqan Mandiç, Elvin Əliyev, Qvidas Yuska (Vüsal Qarayev, 78), Mirko Bunyevçeviç.
Baş məşqçi: Nazim Süleymanov.
“İnter”: Dmitri Kramarenko, Danildo Assioli, Jivko Jelev (Daniel Genov, 78), Dmitri Kruqlov, Aleksandr Çertoqanov, Bronislav Çervenka (k) (Mario Santana, 58), Petar Zlatinov, İlia Kandelaki, David Odikadze (Robertas Poşkus, 60), Girts Karlsons, Arif Daşdəmirov.
Baş məşqçi: Kaxaber Sxadadze.

"Bakı" - MOİK - 2:1

16 oktyabr 2010. Saat 18:00. T.Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Azad Q. Hüseynov, Rza Məmmədov
Dördüncü hakim: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Nüvər Xasıyev
Sarı vərəqələr: Ernad Skuliç, 46 // Anar Qasımov, 9; Emil Paşayev, 22; Ruslan Hüseynov, 40
Qollar: Junior Osvaldo, 19; Vaqif Cavadov, 30 // Dare Nibombe, 5 (ö.q.)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Bakı”: Marko Şarliya, Stefan Barbikoni, Dare Nibombe, Ernad Skuliç (İbrahim Karqbo, 49), Vaqif Cavadov, Adnan Barakat, Vyaçeslav Sofroni, Cəmşid Məhərrəmov (k), Fabio Luis Ramim (Bəxtiyar Soltanov, 65), Anqulo Cefersson (Mahmud Qurbanov, 81), Junior Osvaldo.
Baş məşqçi: Vinfrid Şefer.
MOİK: Amiran Qventsadze, Vüqar Əsgərov, Emin Mustafayev, Emil Paşayev, Nicat Tağıyev (Nəriman Əzimov, 83), Anar Qasımov (Zaur Məmmədov, 80), Fərid Həşimzadə (k), Elçin Həşimov, Nuran Qurbanov, Samir Babayev, Ruslan Hüseynov (Cavid Rəhimov, 74).
Baş məşqçi: Ramil Əliyev.


 

1 "Neftçi" 9 6 2 1 17-4 20
2 "Xəzər Lənkəran" 9 5 3 1 10-5 18
3 AZAL 9 5 2 2 14-6 17
4 "İnter" 9 5 1 3 7-8 16
5 "Qarabağ" 8 4 2 2 10-6 14
6 "Gəncə" 9 3 5 1 15-9 14
7 "Qəbələ" 9 4 1 4 8-7 13
8 "Bakı" 8 3 3 2 12-10 12
9 "Muğan" 9 2 3 4 6-9 9
10 MOİK 9 1 1 7 4-20 4
11 "Turan" 9 0 4 5 7-15 4
12 "Simurq" 9 0 3 6 7-18 3

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı