19-cu ölkə kubokunun püşkü atıldı (YENİLƏNİB)

19-cu ölkə kubokunun püşkü atıldı (YENİLƏNİB)
PREMYER LİQA 14 Oktyabr 2010 / 15:33 3607
-  A +

Bu gün futbol üzrə 19-cu Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, saat 15:00-da AFFA-nın inzibati binasında keçirilən tədbirdə kubokun 1/16 və 1/8 final mərhələsinin püşkü atılıb.
Peşəkar Futbol Liqası klubları səbətlərə bölüb. İlk üç səbətdə Premyer Liqanın 12 komandası yer alıb. Onlar ötən ilin nəticələrinə əsasən bölünüb. İkinci səbətdə isə birinci divizionun 10 komandası yerləşib. Aşağı dəstənin 4 komandası yarışdan imtina edib. “Sumqayıt”, “Ədliyyə”, “Göyəzən” və “Energetik” yarışlara qatılmayıb. Tədbirin gedişində verilən məlumata görə, bu mövsümdən etibarən kubokun 1/16, 1/8 final mərhələləri bir oyundan ibarət olacaq. 1/16 final mərhələsində 6 oyun keçiriləcək. Birinci divizion klubları ilə yanaşı, Premyer Liqanın debütantları – “Gəncə” və MOİK də mübarizəyə ilk mərhələdən başlayacaq. 1/16 və 1/8 final mərhələlərinində üz-üzə gələcək komandalar müəyyənləşdikdən sonra, ev və səfər komandalarını müəyyənləşdirmək üçün də püşkatma keçirilib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/16 və 1/8 final mərhələlərinin oyunları bu il keçiriləcək. 1/16 finalın oyunları oktyabrın 26-27-də, 1/8 finalın oyunları isə dekabrın 7-8-də baş tutacaq. 1/4 finalın oyunları isə 2011-ci ilin martında keçiriləcək. Yarımfinal oyunları 27 aprel və 4 may tarixlərində, həlledici qarşılaşma isə mayın 28-də baş tutacaq.

1/16 final

“Bakılı” - “Neftçi” İSM
“Karvan” – “MKT-Araz”
“Anşad Petrol” – “Şuşa”
“Şəmkir - Rəvan”
“Şahdağ” – “Gəncə”
“Abşeron” - MOİK

1/8 final

1. “Şahdağ”/“Gəncə” - “Neftçi”
2. “Xəzər Lənkəran” - “Karvan”/“MKT-Araz”
3. “Qəbələ” - “Bakılı”/“Neftçi” İSM
4. “Bakı” - “Muğan”
5. “Simurq” - “Abşeron”/MOİK
6. “Anşad-Petrol”/“Şuşa” - “İnter”
7. “Şəmkir”/“Rəvan” – AZAL
8. “Qarabağ” - “Turan”

1/4 final mərhələsi

A. 1-2
B. 3-4
C. 5-6
D. 7-8

Yarımfinal
A – B
C – D

Final


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi