“Azərbaycanı yenib, yeni uğurlu seriyaya başlamalıyıq”

“Azərbaycanı yenib, yeni uğurlu seriyaya başlamalıyıq”
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2010 / 01:36 2022
-  A +

AÇ-2012-nin Almaniya və Azərbaycanla oyunları ərəfəsində zədəsini təzələyən və Bakıya gələ bilməyən Türkiyə yığmasının və “Qalatasaray”ın ulduz futbolçusu Arda Turan əməliyyat olunmaq üçün Almaniyaya gedib. Qol.Az-ın məlumatına görə, gənc futbolçunun qonşu ölkədə əməliyyat olunduqdan sonra yenidən vətəninə dönəcəyi və uzun müddət yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Səfər ərəfəsində qardaş ölkə mətbuatına müsahibə verən Arda komanda yoldaşlarının Almaniyadakı yenilgisinə (0:3) və Azərbaycanla qarşıdakı qarşılaşma haqda da fikirlərini bölüşüb: “Almaniyanı səfərdə udmaq, onlarla rahat oynamaq heç də asan məsələ deyil. Təəssüf ki, bu çətin səfərdən məğlub döndük. Amma ümidvaram ki, Azərbaycan yığmasını yenməklə, həmin xal itkisini sığorta edə biləcəyik. Çünki qarşıda bizi Avropa çempionatına aparan uzun yol var. Hələ çox oyunlarımız olacaq. Azərbaycan üzərində qələbə qazanmaqla, yeni uğurlu seriyaya başlamalıyıq”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı