İlqar 8 dəqiqə oynadı, komandası səfərdən heç-heçəylə döndü

İlqar 8 dəqiqə oynadı, komandası səfərdən heç-heçəylə döndü
XƏBƏR 11 Oktyabr 2010 / 01:28 1655
-  A +

Türkiyənin Bank Asya birinci liqasında növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, millimizin sabiq üzvü İlqar Qurbanovun forma geydiyi “Mersin İdman Yurdu” səfərdə “Kayseri Erciyyəsspor”la qarşılaşıb. Kayseridə keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. 35-ci dəqiqədə “Mersin Idman Yurdu”ndan Yunusun hesabı açdığı qarşılaşmada 6 dəqiqə sonra Bikoko tarazlığı bərpa edib. Fasilədən sonra isə həmyerlimizin komandası azlıqda qalıb. Mersinlilərin heyətində 69-cu dəqiqədə Mehmet qırmızı vərəqə almaqla, oyundaşlarının işini çətinləşdirib. Buna baxmayaraq, “Mersin İdman Yurdu” çətin səfərdən 1 xalla qayıtmağı bacarıb. Baş məşqçi Yüksel Yeşilova bu oyunda İlqara da oynamaq şansı verib. Lakin start heyətində yer ala bilməyən həmyerlimiz 82-ci dəqiqədə Boumun yerinə meydana çıxıb. Bu klubun heyətində yer alan millimizin digər üzvü Ernani Pereyra isə matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, 7 turdan sonra keçirdiyi 6 oyuna 9 xal toplayan “Mersin İdman Yurdu” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


Son xəbərlər