Türkiyə millisi ölkəmizdə ilk məşqinə çıxdı

Türkiyə millisi ölkəmizdə ilk məşqinə çıxdı
XƏBƏR 11 Oktyabr 2010 / 01:06 1599
-  A +

AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Türkiyə yığması Bakıda ilk məşqinə çıxıb. Qol.Az-ın məlumatına görə, “Bakı” futbol klubunun bazasında baş tutan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq keçirilib. Ruh yüksəkliyi ilə keçən məşqin isinmə hərəkətlərindən ibarət ilk hissəsindən sonra Almaniya matçında 90 dəqiqə oynayan futbolçular dar çərçivədə ötürmələr üzərində işləyib. Digər futbolçular isə ikitərəfli oyunda qüvvəsini sınayıb.
Məşqi Türkiyə Futbol Federasiyasının rəsmiləri və media nümayəndələri ilə yanaşı, “Bakı” klubunun aşağı yaş qrupu üzrə komandalarının futbolçuları da izləyib. Azyaşlı futbolçular türk futbolçuları sevincilə qarşılamaqla yanaşı, məşq boyunca Azərbaycan və Türkiyə lehinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, Türkiyə yığması son məşqinə bu gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı