“Abşeron” ardıcıl 5-ci qələbəsini qazandı

“Abşeron” ardıcıl 5-ci qələbəsini qazandı
XƏBƏR 11 Oktyabr 2010 / 00:56 1697
-  A +

Futbol üzrə birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatında 6-cı tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə lider “Abşeron” “MKT-Araz” üzərində minimal hesablı qələbəyə sevinməklə, itkisiz çıxışını davam etdirib. Bununla da Mirbağır İsayevin komandası 5-ci oyunda 5-ci qələbəsini qazanıb. “Bakılı” səfərdə “Ədliyyə”ni 2:1 hesabı ilə yenib. Elə “Sumqayıt” səfər matçında - Mingəçevirdə “Energetik”i iki cavabsız qolla üstələyib.

Birinci divizion
6-cı tur
10 oktyabr

“Ədliyyə” – “Bakılı” - 1:2
Qollar: Sübhan Hacıyev, 10 - Samir Quliyev, 70. Əli Hüseynov, 86-pen.

“MKT-Araz” – “Abşeron” - 0:1
Qol: Fərrux Rəhimov, 85.

“Energetik” – “Sumqayıt” - 0:2
Qollar: Ramil Həsənov, 27. Aqil Məmmədov, 87-pen.

1 "Abşeron" 5 5 0 0 15-1 15
2 "Rəvan" 6 4 1 1 9-3 13
3 "MKT-Araz" 6 4 0 2 7-4 12
4 "Neftçi" İSM 6 3 2 1 12-6 11
5 "Şahdağ" 6 3 2 1 11-5 11
6 "Bakılı" 6 3 0 3 7-9 9
7 "Anşad Petrol" 5 2 2 1 12-8 8
8 "Sumqayıt" 6 2 2 2 6-8 8
9 "Ədliyyə" 6 2 1 3 7-13 7
10 "Göyəzən" 6 2 0 4 7-11 6
11 "Energetik" 6 1 3 2 5-9 6
12 "Karvan" 6 1 2 3 6-9 5
13 "Şuşa" 6 0 2 4 1-11 2
14 "Şəmkir" 6 0 1 5 1-9 1


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord