Türkiyə millisi "Bakı"nın bazasında məşq edəcək

Türkiyə millisi "Bakı"nın bazasında məşq edəcək
XƏBƏR 10 Oktyabr 2010 / 13:39 2124
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabr 12-də Azərbaycan milli komandasının qonağı olacaq Türkiyə yığması artıq Bakıdadır. Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq Türkiyə yığması oyunöncəsi məşqlərini "Bakı" futbol klubunun bazasında keçirəcək. Bu barədə Türkiyə Futbol Federasiyası ilə "Bakı" klubu arasında müvafiq razılıq əldə olunub.
Xatırladaq ki, daha əvvəl milli komandamızla yoldaşlıq oyunu keçirən İordaniya yığması da "Bakı"nın bazasına üstünlük vermişdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı