Devran Ayhan: “Öz zamanımı gözləyirəm”

Devran Ayhan: “Öz zamanımı gözləyirəm”
XƏBƏR 10 Oktyabr 2010 / 13:28 1870
-  A +

“Qarabağ”a avqustun sonunda qoşulan Devran Ayhan hələ də rəsmi oyunlarda yeni komandasının heyətində debüt edə bilməyib. Qol.Az-ın məlumatına görə, mövsümöncəsi hazırlıq keçməyən yarımmüdafiəçi sonradan zədələnmişdi. Türkiyəli futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada artıq hazır olduğunu bildirib: “Məlum olduğu kimi, mövsümöncəsi hazırlıqlara qatıla bilməmişdim. Təbii ki, bu da hazırlığıma təsir etmişdi. Sonradan formaya düşənə yaxın daha bir şanssızlıq yaşadım və zədələndim. Allaha şükür olsun ki, artıq sağalmışam. Komandayla məşq edirəm. Öz zamanımı gözləyirəm. Qurban hoca hər zaman mənim durumumla maraqlanır, özümü hazır sayıb saymadığımı soruşur. İnşallah, özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. “Qarabağ”ın heyətində oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm. “Qarabağ”ın uğurlarında pay sahibi olmaq istəyirəm”.


Son xəbərlər