“İnter” “Simurq”a 2 qol buraxdığı oyundan əzmkar qələbəylə ayrıldı

“İnter” “Simurq”a 2 qol buraxdığı oyundan əzmkar qələbəylə ayrıldı
XƏBƏR 10 Oktyabr 2010 / 12:58 1831
-  A +

Millinin AÇ-2012-nin seçmə mərhələsindəki çıxışı ilə əlaqədar Unibank Premyer Liqasında yaranan fasilədən səmərəli istifadə etmək qərarına gələn “İnter”lə “Simurq” yoxlama matçında qüvvəsini sınayıb. Qol.Az-ın məlumatına görə, “Şəfa” stadionunda keçirilən yoldaşlıq görüşündə “bankirlər” Zaqatala təmsilçisini 3:2 hesabıyla məğlub edib. Kaxaber Sxadadzenin komandası 0:2 hesabıyla məğlub durumda olmasına baxmayaraq, əzmkarlıq nümayiş göstərərək oyundan qalib ayrılıb. Paytaxt təmsilçisinin heyətində qolların müəllifləri penaltidən fərqlənən Mario Souza, Ramil Mansurov və Daniel Genov olub. Ən maraqlısı isə vurulan bütün qolların birinci hissəyə təsadüf etməsi olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord