Arda Turan əməliyyat olunacaq

Arda Turan əməliyyat olunacaq
DÜNYA FUTBOLU 9 Oktyabr 2010 / 18:25 2219
-  A +

Türkiyə milli komandasının və “Qalatasaray” klubunun futbolçusu Arda Turan oktyabrın 11-də əməliyyat olunacaq. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyat Almaniyada doktor Ulrike Muşavek tərəfindən aparılacaq. Arda “ay-ulduzlular”ın Almaniyanın Berlin şəhərində keçirdiyi təlim-məşq toplantısını şiddətli qasıq ağrıları nəticəsində tərk edərək, İstanbula qayıdıb. Oktyabrın 8-də Almaniya ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçını buraxan yarımmüdafiəçi bundan 4 gün sonra Azərbaycanla Bakıdakı görüşdə də iştirak etməyəcək.
Tibbi müayinə nəticəsində 23 yaşlı futbolçunun qasıq nahiyənin sağ tərəfində yırtıq aşkarlanıb. İlkin məlumatlara əsasən, Arda 4 ayadək yaşıl meydanlardan kənarda qalacaq. (Lent.az)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord