Sərvət Çətin almanlarla yenilginin əvəzini millimizdən çıxmaq istəyir

XƏBƏR 9 Oktyabr 2010 / 16:50 1700
-  A +

“Almaniyaya məğlubiyyətin əvəzini çıxmaq imkanımız var. Bunun üçün Azərbaycanı udmalıyıq. Məhz bu halda son uğursuzluğu unutdura bilərik”. Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə yığmasının və “Qalatasaray”ın təcrübəli futbolçusu Sərvət Çətin deyib.
“Ay-ulduzlular”ın Azərbaycan əsilli müdafiəçisi dünən səfərdə Almaniya qarşısında aldıqları 0:3 hesablı məğlubiyyətə görə məyus olduğunu gizlətməyib: “Qruda ilk dəfə uduzduq. Buna görə çox məyus olduq. Amma artıq bunu unudub, irəliyə baxmaq lazımdır. Növbəti oyunda bu məğlubiyyəti qələbə ilə sığortalamaq istəyirik. Azərbaycana qalib gəlib, yenidən üst pillələrə qalxa bilərik”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki