Poşkus dünya çempionlarıyla qarşılaşmada cəmi 5 dəqiqə oynaya bildi

Poşkus dünya çempionlarıyla qarşılaşmada cəmi 5 dəqiqə oynaya bildi
XƏBƏR 9 Oktyabr 2010 / 04:41 1749
-  A +

“İnter” və “Neftçi”nin heyətində Unibank Premyer Liqasının iştirakçıları olan oyunçular AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində İspaniya yığmasına məğlubiyyət acısı yaşayıb. Qol.Az-ın məlumatına görə, “bankirlər”in hücumçusu Robertas Poşkus və “Neftçi”nin qapıçısı Paulius Qribauskasın forma geydiyi Litva millisi son dünya çempionlarıyla çətin səfər matçından 1:3 hesablı yenilgiylə ayrılıb.
Litva yığmasının baş məşqçisi Raymondas Jutautas ispanlarla qarşılaşmada ölkəmizdə top qovan legionerlərdən heç birinə start heyətində yer verməyib. Qribauskas sonadək matçı ehtiyat oyunçular skamyasından izləsə də, Poşkus 85-ci dəqiqədə Edqaras Kesnauskisin yerinə meydana çıxmaq şansı qazanıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord