Boretslə Savinova hollandlara qarşı oynamaq imkanı yaradılmadı

Boretslə Savinova hollandlara qarşı oynamaq imkanı yaradılmadı
XƏBƏR 9 Oktyabr 2010 / 04:37 1779
-  A +

“Bakı”nın iki futbolçusunun forma geyindiyi Moldova yığması AÇ-2012-nin seçmə mərhələsində məğlubiyyətlə üzləşib. Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasının iştirakçılarının komandası doğma divarlar arasında güclü Hollandiya millisinə minimal hesabla məğlub olub.
Moldova yığmasının baş məşqçisi Qavi Balint paytaxt klubunun heç bir oyunçusuna bu qarşılaşmada forma geymək şansı yaratmayıb. Hər iki futbolçu matçı ehtiyat oyunçular skamiyasından izləyib. Əvəzində, vaxtilə “MKT-Araz”, “Standard”, “Karvan” və AZAL-da forma geymiş Anatoli Doroş meydanda olub. Hazırda Ukrayna çempionatında top qovan forvard 78-ci dəqiqəyədək hollandlara qarşı mübarizə aparıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord