"Bakılı" klubu "Neftçi" ilə oyuna ciddi hazırlaşır

XƏBƏR 21 Noyabr 2008 / 14:47 4000
-  A +

Premyer Liqanın autsayderlər kvartetinə başçılıq edən "Bakılı" XII turda "Neftçi"ni qəbul edəcək. Tərəflərin qarşılıqlı razılığına əsasən Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunda "Bakılı"nın şansları aşağı qiymətləndirilir. Bununla belə bu şanslar yox deyil. Klubun mətbuat xidmətindən www.pfl.az saytına verilən məlumata görə, "Bakılı" qələbə istəyir, amma bunun alınmayacağı halda heç-heçə də pis variant sayılmaz. Son vaxtlar "Neftçi"də baş verən oyunçu dəyişikliyi, "Bakılı"nın son 2 oyunda 4 xal toplaması, həmçının heyətdə zədəli və cəzalıların olmaması, nominal meydan sahiblərinin xeyrinə işləyən amillərdəndir.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı