İlqar Qurbanov səfər oyununa aparılmayıb

XƏBƏR 21 Noyabr 2008 / 14:39 4039
-  A +

Azərbaycanlı futbolçu İlqar Qurbanov çıxış etdiyi Türkiyənin «Boluspor» klubunun «Kayseri Erciyesspor»la keçirəcəyi oyunda iştirak edə bilməyəcək. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Qurbanov Türkiyənin birinci liqasında çıxış edən «Boluspor»un ötən həftə «Adanaspor»la keçirdiyi oyunda da iştirak edə bilməmişdi.

Azərbaycanlı futbolçu «Sakaryaspor»la görüşdə zədələndikdən sonra «Boluspor»un həkimləri onun birinci liqanın oyunlarında iştirak etməsinə icazə verməyib.

Qurbanovla yanaşı, «Boluspor»un daha iki futbolçusu oyunun keçiriləcəyi Kayseri şəhərinə aparılmayıb.

«Kayseri Erciyesspor» - «Bolusor» oyunu sabah keçiriləcək.

Qurbanov «Boluspor»dan əvvəl Türkiyənin Superliqa klubu olan «Sivasspor»da çıxış edib.

Mənbə: Trend


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord