“Xəzər Lənkəran” vahid lider oldu, çempion Gəncədə uduzdu

“Xəzər Lənkəran” vahid lider oldu, çempion Gəncədə uduzdu
PREMYER LİQA 26 Sentyabr 2010 / 18:58 8878
-  A +

Unibank Premyer Liqasında 7-ci tura start verilib. Qol.Az-ın məlumatına görə, derbilərlə, prinsipial qarşılaşmalarla zəngin turun ilk oyun günündə 3 oyun baş tutub. Hesabat turuna Qəbələdə start verilib. Burada yerli “Qəbələ” cari mövsümdə avrokuboklardakı çıxışı ilə yenidən özündən söz etdirən “Qarabağ”ı qəbul edib. Daha inamlı təsir bağışlayan Toni Adamsın komandası doğma aarkeşləri qarşısında ilk qələbəsini qazanıb. Bu qarşılaşmayla parallel keçirilən, lakin 10 dəqiqə gec start götürən oyunda isə “Muğan” mövsümün digər uğursuzu “Simurq”u qəbul edib. Görüşün taleyini Anxel Quyerresin vurduğu yeganə qol həll edib və "Muğan" növbəti 3 xalını bayram edib. Nəhayət ilk oyun gününün son qarşılaşmasında son illər çempionatımızın ən prinisipial duelinin iştirakçıları – “Xəzər Lənkəran”la “Neftçi” öz aralarındakı münasibətlərə aydınlıq gətirdilər. Təbii ki, Lənkəranda keçirilən turun mərkəzi oyununa maraq kifayət qədər böyük idi. Axı cari mövsüm bu əzəli rəqiblər yenə eyni səviyyəli çıxışı ilə seçilirdi və turnir cədvəlinin zirvəsini bölüşürdülər. Məhz bu üzdən sözügedən qarşılaşma həm də 6 xallıq oyun hesab olunurdu. Prinsipial zirvə mücadiləsində uzun müddət qapılara qol vurulmasa da, 89-cu dəqiqədə meydan sahiblərinin sonradan meydana daxil olan futbolçusu Dieqo Ruis hesabı açmağı bacardı. Onun qolu matçda yeganə oldu və "Xəzər Lənkəran" qələbə sayəsində vahid liderliyi əzəli rəqibindən oğurladı.

Turun digər qarşılaşmalarından ikisi bu gün oynanılıb. AZAL doğma meydanda MOİK-i qəbul edibsə, son ölkə çempionu "İnter" səfərdə "Gəncə"ni qəbul edib. "Təyyarəçilər"in qələbəsi nə qədər gözlənilən olubsa, "bankirlər"in səfərdən məğlub dönməsi bir o qədər gözlənilməz olub. Qeyd edək ki, "Gəncə" bu tura kimi qələbə qazana bilməmişdi. "İnter" onların 3 xal aldığı ilk rəqib oldu. "Bakı" ilə "Turan"ın Bakıdakı oyunu isə güclü yağış üzündən təxirə salındı. Bu oyun sabah saat 18:00-da baş tutacaq.

Unibank Premyer Liqası
7-ci tur
26 sentyabr (bazar)

"Gəncə" - "İnter" - 1:0

26 sentyabr 2010. Saat 17:00. Gəncə şəhər stadionu. 5000 tamaşaçı
Baş hakim: Rövşən Əhmədov
Baş hakimin köməkçiləri: Aydın Ələkbərov, Aleksandr Musatkin
Dördüncü hakim: Namiq Məstanov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Samir Zərgərov, 29; Zura Dzamsaşvili, 61 // Dmitri Kruqlov, 23; Robertas Poşkus, 77
Qollar: Samir Zərgərov 21
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Gəncə”: Еdis Kurtanoviç, Xəyal Mustafayev, Şahin Kərimov, Azər Məmmədov (k), Mətləb Məmmədov, Samir Zərgərov (Armand Feutchine, 80) (Vladimir Kozlenko, 90+2), Ramal Hüseynov, Ceyhun Sultanov, Sabir Allahquliyev, Zura Dzamsaşvili, Junivan Suares (Georgi Seturidze, 82).
Baş məşqçi: Fuad İsmayılov.
“İnter”: Dmitri Kramarenko, Danildo Assioli, Dmitri Kruqlov (Girts Karlsons, 46), Aleksandr Çertoqanov, Bronislav Çervenka (k), İlia Kandelaki, David Odikadze (Rövşən Əmiraslanov, 60), Arif Daşdəmirov, Robertas Poşkus (k), Mario Souza (Petar Zlatinov, 46), Valeri Abramidze.
Məşqçi: Georgi Çixradze.

AZAL - MOİK - 2:0

26 sentyabr 2010. Saat 17:00. “Şəfa” stadionu. 400 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Zeynal Zeynalov
Dördüncü hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Zohair Benouahi 43 // Elçin Həşimov, 62; Anar Qasımov, 88
Qollar: Vüsal Qarayev, 39; Qvidas Yuska, 90
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
AZAL: Elşən Poladov, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev (k), Viktor İbokoyi, Zohair Benouahi (Eleandro Pema, 46), Draqan Mandiç, Elvin Əliyev, Qvidas Yuska, Vüsal Qarayev (Hüseyn Axundov, 85), Mirko Bunyevçeviç (Tərlan Xəlilov, 46).
Baş məşqçi: Nazim Süleymanov.
MOİK: Amiran Qventsadze, Emin Mustafayev, Emil Paşayev, Anar Qasımov, Cavid Rəhimov, Elçin Həşimov, Rəfael Qəvami (Nuran Qurbanov, 61), Samir Babayev, Natiq Əkbərov (k) (Vüqar Əsgərov, 44), Ramil Əliyev, Ruslan Hüseynov (Nicat Tağıyev, 77).
Baş məşqçi: Ramil Əliyev.

20:00. "Bakı" - "Turan" (sabaha təxirə salınıb)
Hakimlər: Elnur Muradov, Azər Əsgərov, Elşən Durmuşov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qəbələ" - "Qarabağ" - 2:1

25 sentyabr 2010. Saat 17:00. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı
Baş hakim: Əfqan Həmzəyev
Baş hakimin köməkçiləri: Eldar Nağıbəyov, Elşən Acalov
Dördüncü hakim: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əmir Zamanov
Sarı vərəqə: Nodar Məmmədov, 12; Kristian Torres, 20; Pavels Dorosevs, 90+4 // Rauf Əliyev, 71
Qollar: Deon Burton, 57; Branimir Subaşiç, 72 // Emin İmaməliyev, 83
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Qəbələ”: Pavels Dorosevs, Nodar Məmmədov (Yaşar Abuzərov, 73), Lyuba Baranin, Bruno da Silva, Deon Barton, Razvan Tarlea, Qoqa Beraya (k), Branimir Subaşiç (Rəhman Musayev, 90+1), Kristian Torres (Terri Kuk, 86), Saşa Yunisoğlu, Stiv Olfers.
Baş məşqçi: Toni Adams.
“Qarabağ”: Fərhad Vəliyev (k), Zaur Həşimov, Maksim Medvedyev, Namiq Yusifov (Vüqar Nadirov, 73), Elvin Məmmədov, Emin İmaməliyev, Rauf Əliyev, Samir Abasov (Rəşad Sadiqov, 46), Admir Teli, Ansi Aqolli, Andreys Rubins (Georgi Adamiya, 46).
Baş məşqçi: Qurban Qurbanov.

"Muğan" - "Simurq" - 1:0

25 sentyabr 2010. Saat 17:10. Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. 500 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Azad Q. Hüseynov
Dördüncü hakim: Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
Sarı vərəqələr: Anxel Qutyerres, 21; Tural Axundov, 77; David Svanadze, 90+1 // Rasim Ramaldanov, 20; 38; Elvin Yunusov, 35; Elnur Abbasov, 82
Qırmızı vərəqə: Rasim Ramaldanov, 38
Qollar: Angel Qutyerrez, 17
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Muğan”: İrfan Feyziç, Miloş Zeçeviç (Tagim Novruzov, 46), Novruz Məmmədov, Elnur Abdullayev (k), Tural Axundov, Fərrux İsmayılov (Saşko Pandev, 86), Davit Svanadze, Vüsal Hüseynov (Nikolay Petrov Valev, 90+2), İliya Prodanoviç, Anxel Qutyerres, Reis Klaudiney.
Baş məşqçi: Almir Hurtiç.
“Simurq”: Adnan Hodziç, Elnur Abbasov, Mikayıl Rəhimov, Qərib İbrahimov (Rüstəm Məmmədov, 44), Paulius Paknis, Tofiq Mikayılov, Rasim Ramaldanov (k), Elvin Yunusov, Baçana Sxadadze, Yasin Abbasov (Əli Bağırov, 60), Elçin Xəlilov (Elvin Musazadə, 70).
Baş məşqçi: Qyoko Haciyevski.

"Xəzər Lənkəran" - "Neftçi" - 1:0

25 sentyabr 2010. Saat 19:00. Lənkəran şəhər mərkəzi stadionu. 11000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: İlham Əliyev, Mehman Mahmudov
Dördüncü hakim: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Radomir Todorov, 62; Stelian Stanku, 90+2 // Amit Quluzadə, 63; Rail Məlikov, 68
Qollar: Dieqo Ruiz, 89
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Xəzər Lənkəran”: Kamran Ağayev (k), Elnur Allahverdiyev, Elvin Beqiri, Adrian İordaşe, Ruslan Poladov (Allan Lalin, 56), Rahid Əmirquliyev, Emeka Opara (Dieqo Ruis, 81), Radomir Todorov, Katalin Doman (Alim Qurbanov, 83), Uinston Parks, Stelian Stanku
Baş məşqçi: Mirça Rednik.
“Neftçi”: Paulius Qribauskas, Rail Məlikov (k), Denis Silva, İqor Mitreski, Slavko Georgiyevski, Elmar Baxşiyev, Flavio Aleks Valensio, Bahadır Nəsimov (Emil Mpenza, 87), Alessandro Viana da Silva, Rəşad Abdullayev (Cavid Hüseynov, 67), Amit Quluzadə (Fərid Quliyev, 90+1).
Baş məşqçi: Arif Əsədov.

 

1 "Xəzər Lənkəran" 7 5 2 0 8-0 17
2 "Neftçi" 7 5 1 1 14-2 16
3 AZAL 7 4 2 1 8-5 14
4 "İnter" 7 4 1 2 6-3 13
5 "Muğan" 7 2 3 2 6-6 9
6 "Qarabağ" 6 2 2 2 6-4 8
7 "Gəncə" 7 1 5 1 6-8 8
8 "Qəbələ" 7 2 1 4 4-7 7
9 "Bakı" 5 1 2 2 6-7 5
10 MOİK 7 1 1 5 3-12 4
11 "Turan" 6 0 3 3 4-9 3
12 "Simurq" 7 0 3 4 5-13 3


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord