Georgi Demetradze: «Rəqiblərimiz çox güclüdür, lakin bizi saxlamaq çətin olacaq»

Georgi Demetradze: «Rəqiblərimiz çox güclüdür, lakin bizi saxlamaq çətin olacaq»
PREMYER LİQA 3 Fevral 2009 / 13:39 4512
-  A +

«Azərbaycanda futbola yaxşı investisiyalar qoyulduğunu buradakı bəzi gürcü futbolçulardan eşitmişdim. Menecerim mənə burada oynamağı təklif edəndə isə, bunu nəzərə alaraq razılaşdım. Bura gəldiyimə görə peşman deyiləm. Çox maraqlı komandadır. Çempionat da prinsipial qarşılaşmaları ilə zəngindir. “Bakı”nın rəhbərliyi, baş məşqçi, futbolçular, bir sözlə burada hər şey ürəyimcədir». Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı» klubunun jurnalına verdiyi müsahibədə komandanın gürcüstanlı hücumçusu Georgi Demetradze bildirib. O, Antalyadakı təlim-məşq toplanışı zamanı baş məşqçinin hər bir heyət üzvünün potensilana tam bələd olmaq üçün onları oynatdığını söyləyib: «Oynadığımız matçlarda da əsas məqsəd bu idi. Heyətimizdəki yeni futbolçularla komandamız daha da güclənib. Premyer liqada bunun bəhrəsini görəcəyik».
G.Demetradze bildirib ki, «Bakı» həm maddi, həm də futbolçu potensialına görə Azərbaycanın ən öndə gedən klublarından biridir: «İkinci dövrənin ilk oyunları bizim üçün bir qədər çətin keçəcək. Lakin yeni futbolçularımızın komandaya tam uyğunlaşmasından sonra bizi saxlamaq çox çətin olacaq. Rəqiblərimiz də çox güclüdür».
«Uzun müddət Gürcüstan milli komandasının formasını geyinmisən. Millidəki 15 illik karyeranı necə qiymətləndirirsən» - bu suala Demetradzeninin cavabı belə olub: «Milli komanda ilə bağlı çoxlu xoş xatirələrim qalıb. Bir çox uğursuzluq və xoşbətxt anım olub. Düzdü, millimiz bu müddət ərzində elə də ciddi bir uğur qazanmasa da, bəzi oyunlarda gürcü xalqına unudulmaz anlar bəxş edə bilib. Mənim də burada bir az xidmətim olubsa, deməli, bir vətəndaş kimi də vətənimə xidmət etmişəm. Hazırda baş məşqçi Ektor Kuper məni milliyə dəvət etmir. Onu qınamıram. Çünki zədələnmışəm. Zədəmi sağaldıb formaya düşəndən sonra yəqin ki, məndən də yararlanar».
G.Demetradze qış fasiləsini «Milan»ın müdafiəsisi Kaxa Kaladzeylə birgə keçirdiyini söyləyib: «Biz Kaxa ilə çoxdandı ki, dostluq edirik. Milli komandaya dəvət edildiyi vaxtdan bir yerdəyik. O, mənim ən yaxın dostumdur. Tez- tez görüşürük. Elə bu yaxınlarda da onun yanına - İtaliyaya getmişdim. Kaxa “Milan”nın əsas heyət üzvüdür. Onun uğurlarına çox sevinirəm. Kiyev və Tbilisidə də digər dostlarımızın görüşünə gedirik».

Daha çox


Son xəbərlər