“Qarabağ” “Gəncə”nin 1:1 hesablı seriyasını qırdı (YENİLƏNİB)

“Qarabağ” “Gəncə”nin 1:1 hesablı seriyasını qırdı (YENİLƏNİB)
PREMYER LİQA 22 Sentyabr 2010 / 18:50 4385
-  A +

Bu gün Unibank Premyer Liqasında 2-ci turdan təxirə salınan bir oyun keçirilib. Qol.Az-ın məlumatına görə, “Qarabağ” Avropa Liqasındakı çıxışı ilə əlaqədar təxirə salınan oyunda “Gəncə”ni qəbul edib. Hansı ki, bu qarşılaşma təqvimə görə avqustun 15-də baş tutmalı idi. Lakin məlum səbəblər üzündən “Bakı” ilə də oyunu təxirə salınan Ağdam klubu Gəncə təmsilçisiylə münasibətlərinə məhz bu gün aydınlıq gətirib. Saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma bütün oyunlarında 1:1 hesablı heç-heçə edən gəncəlilərin bu unikal seriyasının qırılıb-qırılmayacağı baxımından maraqla gözlənilirdi. Nəhayət, Ağdam təmsilçisi bölgə klubunun seriyasına son qoyub. İlk yarıda hesabı açan meydan sahibləri fasilədən sonra daha iki qol vurmaqla, "Gəncə"yə ilk məğlubiyyətini yaşadıb. Gəncəlilərin bu darmadağını nəticəsində milli çempionatda yenilgisiz komandaların sayı 2-yə düşüb - "Xəzər Lənkəran" və "Neftçi". "Qarabağ" isə ikinci qələbəsini qazanmaqla, 5-ci pilləyə yüksəlib.

Unibank Premyer Liqası
2-ci turdan təxirə salınan oyun
22 sentyabr (çərşənbə)

17:00. "Qarabağ" - "Gəncə" - 3:0

22 sentyabr 2010. Saat 17:00. T.Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Mübariz Haşımov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Sarı vərəqələr: Andrey Rubins, 43 // Vladimir Kozlenko, 80
Qollar: Rəşad Sadiqov, 32; Rauf Əliyev, 54; Georgi Adamiya, 78
İstifadə olunmamış penalti: Emin İmaməliyev, 90
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 4. Zaur Həşimov, 5. Maksim Medvedyev, 6. Rəşad Sadiqov (7. Namiq Yusifov, dəq.77), 10. Emin İmaməliyev, 11. Rauf Əliyev, 13. Samir Abasov, 24. Admir Teli, 25. Ansi Aqolli, 31. Andrey Rubins
(9. Elvin Məmmədov, dəq.46), 77. Georgi Adamiya (23. Tural İsgəndərov, dəq.80)

“Gəncə”: 1. Еdis Kurtanoviç, 2. Xəyal Mustafayev, 20. Vladimir Kozlenko, 4. Azər Məmmədov (k), 15. Şahin Kərimov, 6. Samir Zərgərov, 7. Ramal Hüseynov, 8. Georgi Seturidze (18. İbrahim Hüseynov, dəq.75), 9. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev (5. Mətləb Məmmədov, dəq.68), 24. Levan Mdvinişvili (23. Junivan Suares, dəq.46)

 

1 "Neftçi" 6 5 1 0 14-1 16
2 "Xəzər Lənkəran" 6 4 2 0 7-0 14
3 "İnter" 6 4 1 1 6-2 13
4 AZAL 6 3 2 1 7-5 11
5 "Qarabağ" 5 2 2 1 5-2 8
6 "Muğan" 6 1 3 2 5-6 6
7 "Bakı" 5 1 2 2 6-7 5
8 "Gəncə" 6 0 5 1 5-8 5
9 "Qəbələ" 6 1 1 4 2-6 4
10 MOİK 6 1 1 4 3-11 4
11 "Turan" 6 0 3 3 4-9 3
12 "Simurq" 6 0 3 3 5-12 3


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı