Yunis Hüseynov: «Inter»lə oyuna ancaq qələbə üçün çıxacağıq”

XƏBƏR 21 Noyabr 2008 / 12:53 4186
-  A +

“Sabah lider «İnter»lə oyuna ancaq qələbə üçün çıxacağıq”. Bu sözləri Qol.Az saytına açıqlamasında Yevlaxın “Karvan” komandasının baş məşqçisi Yunis Hüseynov söyləyib. Onun sözlərinə görə, komandada itkilər olsa da, qələbə qazanacaqlarına inanırlar. Son turda Bakıda “Neftçi” üzərində qələbə çalan əyalət komandası bu oyuna məsuliyyətlə yanaşır.Y.Hüseynov bildirib ki, Kamal Quliyev aldığı dörd «sarı vərəqə»yə görə, bu oyunu buraxmalı olacaq. Eyni zamanda hələ də zədəsi sağalmayan Süleyman Kamarra və Əziz Quliyev də heyətə salınmayıb.

Y.Hüsüynovun sözlərinə görə, bu itkilər “Karvan”ın oyununa mane olmayacaq,komanda öz azerkeşləri önündə laiqli oyun sərgiləyəcək.


Son xəbərlər