“Neftçi”nin yoxluğunda “Xəzər Lənkəran” vahid lider oldu (YENİLƏNİB)

“Neftçi”nin yoxluğunda “Xəzər Lənkəran” vahid lider oldu (YENİLƏNİB)
PREMYER LİQA 12 Sentyabr 2010 / 21:53 9755
-  A +

Unibank Premyer Liqasının 5-ci turuna start verilib. Qol.Az-ın məlumatına görə, hesabat turunun ilk oyun günündə keçirilən 2 oyunla cari mövsümdə yaranan ilk fasiləyə son qoyulub. Əksər qarşılaşmaların paytaxtda oynanıldığı turda yalnız bir oyun bölgədə keçirilib ki, bu da “Turan” – “Qəbələ” matçıdır. Tura elə əyalətdəki yeganə oyunla start verilib. Qələbə üzünə həsrət qalan komandaların duelində Saşa Yunisoğlunun yeganə qolu sayəsində nəhayət ki, Toni Adamsın komandası ilk 3 xalını bayram edə bilib. İlk oyun günündə baş tutan digər oyun isə turun mərkəzi qarşılaşması hesab olunurdu. Çünki son ölkə çempionu “İnter” avrokuboklardakı ən yaxşı təmsilçimizə çevrilən “Qarabağ”ı qəbul edirdi. Ötən tur "Neftçi"yə məğlub olan "bankirlər" Ağdam klubuyla qarşılaşmadan minimal hesablı qələbəylə ayrılıb. Günün son oyununda isə hazırda “Xəzər Lənkəran”la birgə Premyer Liqaya şərikli liderlik edən “Neftçi” “Muğan”ı qəbul etməliydi. Lakin həmin qarşılaşma məlum səbəblərdən başqa tarixə keçirilib.

Hesabat turuna bu gün keçiriləcək oyunlarla yekun vurulub. "Xəzər Lənkəran" MOİK-lə, AZAL "Simurq"la, "Bakı" isə "Gəncə" ilə münasibətlərinə aydınlıq gətirib. Cənub təmsilçisi zirvədəki şəriki "Neftçi"nin yoxluğundan maksimum yararlanaraq vahid lider olub. AZAL isə "Simurq" üzərində Yuskanın dublu sayəsində çətinliklə də olsa, qələbə qazana bilib. "Bakı" isə bu dəfə də qələbəyə həsrət qalıb. "Gəncə" ilə doğma meydanda keçirilən oyunda hesabı açan tərəf məhz Vinfrid Şeferin komandası olsa da, ikinci hissədə qonaqlar hesabı bərabərləşdirib. Buraxılan qoldan az sonra meydan sahiblərinin azlıqda qalmasından sonra gəncəlilər hətta qələbə qolunu vurmaq üçün çoxlu şanslar yaxalamasına rəğmən, matç 1:1 hesabıyla başa çatıb. Nəticədə "Gəncə" cari mövsümdə keçirdiyi dördüncü matçında da 1 xalla kifayətlənib.

Unibank Premyer Liqası
5-ci tur

12 sentyabr (bazar)

"Bakı" - "Gəncə" - 1:1

12 sentyabr 2010. Saat 20:00. T.Bəhramov adına Respublika stadionu. 200 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Orxan Məmmədov, Mübariz Haşımov
Dördüncü hakim: Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Joel Epalle, 24; Cəmşid Məhərrəmov, 24; Junior Osvaldo, 27; İbrahim Karqbo, 35; 59; Əziz Quliyev, 40; 76 // Ramal Hüseynov, 30; Ceyhun Sultanov, 90+2; Zura Dzamsaşvili, 90+4
Qırmızı vərəqə: İbrahim Karqbo, 59; Əziz Quliyev, 76
Qollar: Dare Nibombe, 45+2 // Junivan Suares, 57
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

“Bakı”: Marko Şarliya, Dare Nibombe, Ernad Skuliç, Vaqif Cavadov, Joel Epalle (Adnan Barakat, 62), Cəmşid Məhərrəmov (k) (İbrahim Karqbo, 33), Fabio Luis Ramim (Bəxtiyar Soltanov, 65), Əziz Quliyev, Aleksey Savinov, Junior Osvaldo, Jaba.
Baş məşqçi: Vinfrid Şefer.
“Gəncə”: Еdis Kurtanoviç, Xəyal Mustafayev, Şahin Kərimov (Vladimir Kozlenko, 24), Azər Məmmədov (k), Armand Feutchine, Samir Zərgərov, Ramal Hüseynov (Patrik Nukeu, 75), Georgi Seturidze, Zura Dzamsaşvili, Ceyhun Sultanov, Junivan Suares (Levan Mdvinişvili, 83).
Baş məşqçi: Fuad İsmayılov.

AZAL - "Simurq" - 2:1

12 sentyabr 2010. Saat 18:30. “Şəfa” stadionu. 300  tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Aydın Ələkbərov
Dördüncü hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Vüsal Qarayev, 34; 75; Viktor İqbekoyi, 67 // Elçin Xəlilov, 40; Mikayıl Rəhimov, 48; Paulius Paknis, 60; Yasin Abbasov, 70
Qırmızı vərəqə: Vüsal Qarayev, 75
Qollar: Qvidas Yuska, 73 (p.); 85 // Mikayıl Rəhimov, 90
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

AZAL: Elşən Poladov (k), Robert Petrov, Usim Nduka, Eleandro Pema (Pius İkedia, 69), Viktor İqbekoyi, Zohair Benouahi (Qvidas Yuska, 46), Draqan Mandiç, Elvin Əliyev, Samir Abdulov (Nuqzar Kvirtiya, 46), Vüsal Qarayev, Mirko Bunyevçeviç.
Baş məşqçi: Nazim Süleymanov.
“Simurq”: Adnan Hodziç, Elnur Abbasov (Vasif Əliyev, 77), Rasim Ramaldanov (k), Elvin Yunusov, Mikayıl Rəhimov, Paulius Paknis, Tofiq Mikayılov, Qərib İbrahimov, Əli Bağırov, Elçin Xəlilov (Ramil Sayadov, 88), Yasin Abbasov (Elvin Musazadə, 87).
Baş məşqçi: Cokiça Hadziyevski.

"Xəzər Lənkəran" - MOİK - 3:0

12 sentyabr 2010. Saat 17:00. T.İsmayılov adına Suraxanı qəsəbə stadionu. 1000 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Azad Q. Hüseynov
Dördüncü hakim: Anar Salmanov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qırmızı vərəqə: Fərid Həşimzadə, 72
Qollar: Dieqo Souza, 10, Uinston Parks, 19; 25
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Xəzər Lənkəran”: Kamran Ağayev (k), Elnur Allahverdiyev, Elvin Beqiri, Diego Souza, Ruslan Poladov, Allan Lalin (Xaqani Məmmədov, 59), Rahid Əmirquliyev, Radomir Todorov, Katalin Doman (Ramazan Abbasov, 46), Uinston Parks (Dieqo Ruiz, 64), Stelian Stanku.
Baş məşqçi: Mirça Rednik.
MOİK: Amiran Qventsadze, Vüqar Əsgərov, Ceyhun Adışirinov, Emin Mustafayev, Anar Qasımov (Orxan Babayev, 69), Fərid Həşimzadə (k), Nəriman Əzimov (Zaur Məmmədov, 46), Nuran Qurbanov, Natiq Əkbərov (Namiq Həsənov, 46), Ramil Əliyev, Ruslan Hüseynov.
Baş məşqçi: Ramil Əliyev.

"İnter" - "Qarabağ" - 1:0

11 sentyabr 2010. Saat 19:00. “Şəfa” stadionu. 1200 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Vaqif Musayev, İlham Əliyev
Dördüncü hakim: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqələr: Valeri Abramidze, 75; Petar Zlatinov, 87 // Namiq Yusifov, 90+2
Qol: Oleksandr Çertoqanov, 12
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“İnter”: Dmitri Kramarenko, Danildo Assioli, Dmitri Kruqlov, Aleksandr Çertoqanov, Bronislav Çervenka (k), Petar Zlatinov, İlia Kandelaki, David Odikadze (Filip Despotovski, 73), Girts Karlsons (Robertas Poşkus, 79), Arif Daşdəmirov, Valeri Abramidze.
Məşqçi: Giorgi Çixradze
“Qarabağ”: Fərhad Vəliyev (k), Zaur Həşimov, Maksim Medvedev (Rəşad Kərimov, 84), Rəşad Sadiqov, Namiq Yusifov, Samir Abasov (Rauf Əliyev, 46), Vüqar Nadirov, Ansi Aqolli, Andreys Rubins (Elvin Məmmədov, 64), Georgi Adamiya, Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.

"Turan" - "Qəbələ" - 0:1

11 sentyabr 2010. Saat 17:00. Tovuz şəhər stadionu. 3000 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Aleksandr Musatkin
Dördüncü hakim: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Qol: Saşa Yunisoğlu, 60
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Turan”: Kamal Bayramov, Hüseyn İsgəndərov, Vurğun Hüseynov, Kamal Ələkbərov, Şalva Pirtsxalava, Orxan İsmayılov (Viktor Qonta, 58), Hafiz Əliyev (k), Rəşad Orucov (Peter Kolavole, 31), 24. Georgi Çediya, Marat Dzaxmişev, Giorgi Modebadze.
Baş məşqçi: Sakit Alıyev
“Qəbələ”: Pavels Dorosevs (k), Saşa Yunisoğlu, Sergey Sokolov, Nodar Məmmədov (Terri Kuk, 86), Bruno da Silva, Deon Burton, Abdulkader Kamara, Kristian Torres (Yaşar Abuzərov, 89), Razvan Tarlea, Stiv Olfers, Branimir Subaşiç (Rəhman Musayev, 90+2).
Baş məşqçi: Toni Adams.

1

"Xəzər Lənkəran"

5

4

1

0

7-0

13

2

"Neftçi"

4

3

1

0

9-1

10

3

"İnter"

5

3

1

1

5-2

10

4

AZAL

5

3

1

1

7-5

10

5

"Muğan"

4

1

2

1

5-5

5

6

"Qarabağ"

3

1

1

1

2-2

4

7

MOİK

5

1

1

3

3-7

4

8

"Qəbələ"

5

1

1

3

2-5

4

9

"Gəncə"

4

0

4

0

4-4

4

10

"Bakı"

4

1

1

2

5-6

4

11

"Turan"

5

0

2

3

3-8

2

12

"Simurq"

5

0

2

3

4-11

2


Son xəbərlər