Polşa klubu Avroliqanın pley-offunda

Polşa klubu Avroliqanın pley-offunda
DÜNYA FUTBOLU 23 Sentyabr 2020 / 22:07 5517
-  A +

Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Kipr "Apollon"u Polşa "Lex"ini qəbul edib. Görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa) - 0:5
Qollar
: Pedro Tiba, 42, 90+2, Mikael İşak, 47, Yakub Kaminski, 58, Sikora, 81

Bu qələbə "Lex" pley-off mərhələsinə yüksəlib. Komanda növbəti mərhələdə "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinin digər oyunları sabah keçiriləcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı