Futbolçu 13-cü saniyədə əvəzləndi - Video

Futbolçu 13-cü saniyədə əvəzləndi -  Video
VİDEO 23 Sentyabr 2020 / 12:14 4525
-  A +

Estoniyanın "Nomme Kalyu" klubu ölkə çempionatının 21-ci turunda "Levadiya" ilə matçda maraqlı addım atıb.

Qol.az xəbər verir ki, komandanın çalışdırıcısı Marko Kristal 13-cü saniyədə 16 yaşlı Mark Oliver Roosnuppu Vladislav Xomutovla əvəzləyib.

Çempionatın əsasnaməsinə görə, hər komanda start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır. Mark Oliver Roosnupp klubun yetirməsi kimi oyuna daxil olub və baş məşqçi əsasnaməyə görə onu erkən əvəz edib.

Qarşılaşma "Nomme Kalyu"nun məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord