Eddinin klubunda koronavirus aşkarlandı

Eddinin klubunda koronavirus aşkarlandı
XƏBƏR 23 Sentyabr 2020 / 10:18 1587
-  A +

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete”də koronavirusa yoluxma halı qeydə alınıb.

Qol.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın məşqçilər heyəti, futbolçular və işçilər koronavirus testindən keçib, onlardan birinin nəticəsi müsbət olub. Virusa yoluxan şəxsin adı açıqlanmayıb.

Xatırladaq ki, Eddi İsrafilov Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı Lüksemburq və Kiprlə matçlarında iştirak etməyib. O, İspaniyadakı vəziyyətin koronavirus səbəbindən gərgin olduğunu və qayıdarkən iki testdən keçməli olduğunu əsas gətirərək toplanışa qatılmayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın