"Tottenhem"in oyunu koronavirusa görə təxirə salındı

"Tottenhem"in oyunu koronavirusa görə təxirə salındı
XƏBƏR 22 Sentyabr 2020 / 21:38 2068
-  A +

İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan “Leyton Oriyent” – “Tottenhem” oyunu baş tutmayacaq.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koroinavirusa kütləvi yoluxma halı səbəb olub. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.

Oyunun nə vaxtsa oynanılacağı və ya tamamilə ləğv olunacağı barədə müzakirələrin davam etdirildiyi bildirilib. Premyer Liqadakı sıx qrafik səbəbindən “Leyton Oriyent”ə texniki məğlubiyyət veriləcəyi də istisan edilmir.

 

 


Son xəbərlər