"Çelsi" 30 milyona qapıçı alır

"Çelsi" 30 milyona qapıçı alır
DÜNYA FUTBOLU 22 Sentyabr 2020 / 18:28 3854
-  A +

Fransanın “Renn” klubunun qapıçısı Eduard Mendi  “Çelsi”yə keçib.

Qol.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Frenk Lempard bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 28 yaşlı qolkiperin keçidi həll olunub. Seneqal millisinin üzvü yaxın günlərdə tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacq.

Britaniya mətbuatı bu transferə görə “Çelsi”nin “Renn”ə 30 milyon avro ödəyəcəyini yazıb. Bu isə Fransa klublarının satdığı ən bahalı qapıçı kimi rekorddur.

Qeyd edək ki, “Renn” Eduard Mendini 2019-cu ildə 4 milyon avro qarşılığında “Reyms”dən alıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı