Smollinq "Roma"da qalmaq istəyir

Smollinq "Roma"da qalmaq istəyir
XƏBƏR 22 Sentyabr 2020 / 13:20 1174
-  A +

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan və icarə əsasında “Roma”da çıxış edən Kriss Smollinq İtaliya klubunda qalmaq istəyir.

Qol.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi hər iki klubun rəhbərliyinə A seriyası təmsilçisində oynamağa davam etmək istədiyini bildirib.  Lakin “Roma” ingiltərəli oynuçunu birdəfəlik almaq üçün Premyer Liqa təmsilçisinə 20 milyon avro ödəməlidir. Smollinq  isə “Roma”ya transfer məsələlərinə köməklik etmək məqsədi ilə öz maaşının bir hissəsinin kəsilməsinə razı olduğunu deyib.

Qeyd edək ki, K.Smollinq ötən mövsüm A seriyasında 26 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord