Qvatemala millisinin və “Deportivo Kali”nin (Kolumbiya) qapıçısı Rikardo Jerez həmyerlisi Nikolas Hagenin “Səbail”ə transfer olunmasına münasibət bildirib.
Qol.az ESPN-ə istinadən xəbər verir ki, 34 yaşlı qolkiper Hagenin Azərbaycan klubuna keçməsinə təəccübləndiyini deyib:
“Oranın futbolu haqqında heç nə bilmirik. Azərbaycanlı futbolçulardan heç birini tanımıram. Niko yaxşı oyunçudur. Portuqaliyanı tərk etdiyini başa düşürəm. Amma gözləyirdim ki, o, futbola daha vacib yanaşılan bir ölkədə çıxış edəcək".
Jerez bildirib ki, xaricdə təcrübə Nikolasın şəxsi baxımdan da böyüməsinə kömək edəcək: "Legioner həyatı yaşamaq istəyən hər bir futbolçuya dəyər verirəm. Qvatemalaya gələndə, milli komandada çıxış edəndə rahat və üstün olduğunu düşünürsən. Xarici klublarda çıxış etmək həm səni bir insan kimi yetişdirir, həm də tək yaşamağı öyrədir. Niko bu vəziyyətdə yeni bir dil və yeni bir mədəniyyət öyrənəcək. Ümid edirəm ki, o, çox yaxşı işlər görür və idmana, insanlara dəyər verilən, futbolçunun üzərində işləyən bir komandadadır. Nikonun çox xəyalları, arzuları var və onları həyata keçirmək üçün şəraitinin olduğunu da bilirəm".
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"