"20 yaşım olsaydı..." - İbrahimoviç

"20 yaşım olsaydı..." - İbrahimoviç
DÜNYA FUTBOLU 22 Sentyabr 2020 / 10:11 3475
-  A +

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının 1-ci turunda dubl etdiyi "Bolonya" ilə oyunu (2:0) şərh edib.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, 38 yaşlı hücumçu yaxşı formada olduğunu deyib: "Qələbə qazandıq və daha çox fərqlənə bilərdim. 20 yaşım olsaydı, daha 2 qol vurardım.  Yaşlı deyiləm, Bencamin Battona bənzəyirəm. Qoca doğulub, cavan ölürəm. Zaman keçdikcə gəncləşirəm. Komanda yaxşı bir iş gördü. Yüz faiz 100 hazır deyildik və bu səbəbdən bəzi səhvlərə yol verdik. Amma başlanğıc həqiqətən yaxşıdır".

O, məqsədlərinin ötən mövsümlə müqayisədə daha çox uğur qazanmaq olduğunu deyib: "Gənc oyunçular çox çalışırlar, uğur qazanmaq üçün nə etməli olduqlarını bilirlər".


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı