"Mançester Siti"nin futbolçusu "Barselona"ya keçir

"Mançester Siti"nin futbolçusu "Barselona"ya keçir
XƏBƏR 21 Sentyabr 2020 / 15:45 4129
-  A +

"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya "Barselona"ya keçmək üzrədir.

Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, katalonlar 19 yaşlı futbolçunun keçidini 18 milyon avroya həll edib.

İspaniyalı futbolçunun bu gün "şəhərlilər"in Premyer Liqada "Vulverhempton"a qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyi bildirilib.

Qarsiya 2017-ci ildə 1,7 milyon avro qarşılığında "Barselona"nın akademiyasından "Mançester Siti"yə keçib. Qarsiya ötən mövsüm əsas komandada 17 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın