"Barselona" Suareslə razılığa gələ bilmir

"Barselona" Suareslə razılığa gələ bilmir
XƏBƏR 21 Sentyabr 2020 / 15:22 2994
-  A +

“Barselona” futbolçusu Luis Suareslə 2021-ci ilin yayında başa çatacaq müqaviləni ləğv etmək üçün razılığa gələ bilmir.

Qol.az "Cadena SER"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi uruqvaylı hücumçuya  7 milyon avro təzminat ödəməyi təklif edir. 33 yaşlı oyunçu isə bu təklifi qəbul etmir.

Bundan əvvəl futbolçunun klubdan müqaviləsinə əsasən 1 illik maaşının - 14 milyon avro ödənilməsini istədiyi bildirilmişdi.

Qeyd edək ki. L.Suares 2014-cü ildən “Barselona”da oynayır. Onun "Yuventus"a keçəcəyi gözlənilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı