"Biz "Qarabağ"dan daha istəkli idik" - Voislav Stankoviç

"Biz "Qarabağ"dan daha istəkli idik" - Voislav Stankoviç
XƏBƏR 21 Sentyabr 2020 / 01:29 2586
-  A +

"Neftçi”nin müdafiəçisi Voislav Stankoviç Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ”la oyundan (2:1) sonra klubun rəsmi saytına açıqlama verib.

Qol.az xəbər verir ki, rəqib qapısına vurulan ilk qolun müəllifi sevincini gizlətməyib:

"Vaxt azlığına baxmayaraq bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, "Qalatasaray”la matçdan sonra psixoloji tərəfdən özümüzü toparlamaq ən vacib məsələ idi. Şadam ki, həm bunu bacarıb qələbə qazandıq, həm də qol vurdum. Mənə elə gəlir ki, biz "Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik. Ümid edirəm, bu qələbədən sonra qarşıdakı matçlarda daha gözəl oyun nümayiş etdirib vəziyyətimizi daha da yaxşılaşdıracağıq”.


Son xəbərlər