"Bu qələbəmizi bütün neftçilərə və komandamızın azarkeşlərinə həsr edirik. Avropa Liqasının oyunundan sonra komandada yorğunluq var idi. Çalışdıq ki, oyunçuları maksimum hazırlayaq. Komandamız bu gün meydanda əzmkarlıq göstərdi. Futbolçularımızı və azarkeşlərimizi təbrik edirəm. Bu qələbə bizim üçün çox vacib idi".
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
- "Neftçi" bu gün güclü idi deyə qələbə qazandı, yoxsa "Qarabağ"ın fiziki yorğunluğundan istifadə etdi?
- Hər iki komanda yorğun idi. "Qarabağ"ın uzun yoldan gəlməsini də qeyd edərdim. Rəqibin zəif olduğunu deməzdim. Amma bu gün futbolçular meydanda mübarizə aparıb qələbə qazandılar.
- Tallison nə üçün ehtiyatda qalır?
- O, özünə çox diqqət yetirən futbolçudur. Bu oyunda limitə görə ehtiyatda qaldı.
- Prins İbara hücum xəttini gücləndirəcək futbolçudurmu?
- O, çox güclü futbolçudur. "Qalatasaray"la oyundan sonra da çox yorulmuşdu. Bu, onda hiss olunurdu. Mirabdulla Abbasovun həm davranışı, həm də oyuna münasibəti çox dəyişib. Belə davam etsə, əsas heyətin oyunçusuna çevrilə bilər.
- Sizə elə gəlmirmi ki, Anton Krivotsyukun yoxluğu "Neftçi"yə faydalıdır?
- Anton bizim vacib futbolçumuzdur. Səhvsiz oyunçu yoxdur. "Sumqayıt"la oyunda problemlərimiz var idi, amma indi bunlar aradan qalxıb. Bizə zaman lazım idi, mən bütün futbolçularıma inanıram. (Report)
"Qusar"dan darmadağın
Noyerdən yeni rekord
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı