Avtobus çaya düşdü, 8 futbolçu öldü

Avtobus çaya düşdü, 8 futbolçu öldü
XƏBƏR 20 Sentyabr 2020 / 14:35 4183
-  A +

Qanada avtobus qəzasında 8 futbolçu həyatını itirib.

Qol.az xəbər verir ki, hadisə Aşanti bölgəsində baş verib. “Afrikan Vizion” klubunun gənc futbolçularını daşıyan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində çaya düşüb. 6 futbolçu hadisə yerindəcə ölüb, 2-si isə xəstəxanada keçinib. Daha 4 futbolçunun isə vəziyyəti ağırdır.

12-15 yaş aralığında olan futbolçular gənclər liqasında oynamaq üçün qeydiyyatdan keçməyə gedirdilər.


Son xəbərlər