Bir oyunun vaxtı dəyişdı

XƏBƏR 21 Noyabr 2008 / 11:18 4242
-  A +

XIII tur çərçivəsində nəzərdə tutulmuş "Simurq" - "Xəzər-Lənkəran" oyunu təqvimdə nəzərdə tutulduğundan 1 gün əvvəl başlanacaq

Birinci dövrənin son oyunlarından biri "Simurq" - "Xəzər-Lənkəran" matçının vaxtı dəyişdirilib. Bu təşəbbüslə "Xəzər-Lənkəran" klubu çıxış edib. Lənkəranlıların Peşəkar Futbol Liqasına ünvanladığı məktubun ardınca, "Simurq" klubu da bu təklifə razı olduğunu təsdiq edib. Beləliklə XVII Azərbaycan Çempionatının XIII turunun "Simurq" - "Xəzər-Lənkəran" oyunu noyabrın 29-da keçiriləcək. Qarşılaşmanın başlanacağı vaxt hələlik dəqiq deyil.

Mənbə: pfl.az

Daha çox


Son xəbərlər