"Legiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

"Legiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı
XƏBƏR 18 Sentyabr 2020 / 21:19 11216
-  A +

Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirib.

Qol.az Polşa mətbuatına istinadən xəbər verir ki, o, hazırda Kosovo "Drita"sı ilə keçirəcəkləri matçı düşündüklərini bildirib: "Ümid edirəm ki, "Drita" ilə matçdan sonra "Qarabağ"ın necə komanda olduğunu daha ətraflı müzakirə edəcəyik. Onlar iki il əvvəl Çempionlar Liqasının qrup mərhələsində oynayıblar. Həmin vaxt keçirdikləri oyunları  xatırlayıram. Amma ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində uduzduğumuz Şotlandiyanın "Reyncers" klubu daha güclü idi".

Qeyd edək ki, "Qarabağ" Avroliqanın pley-offunda “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı