Alkantara "Liverpul"a keçir

Alkantara "Liverpul"a keçir
XƏBƏR 17 Sentyabr 2020 / 14:11 2756
-  A +

"Bavariya"nın futbolçusu Tiaqo Alkantara "Liverpul"a keçməyə yaxındır.

Qol.az "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bu transferlə bağlı Münhen klubuna 30 milyon avro ödəməyə razı olub.

"Liverpul"un ispan yarımmüdafiəçi ilə müqavilənin şərtləri ilə bağlı hələ razılığa gəlmədiyi bildirilib. Lakin danışıqların bu hissəsinin çətin olmayacağı vurğulanıb.

Qeyd edək ki, T.Alkantara 2019/2020 mövsümündə Bundesliqada 24 matçda 3 qol vurub.
 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı