Qalmaqallı oyunla bağlı cəzalar açıqlandı

Qalmaqallı oyunla bağlı cəzalar açıqlandı
DÜNYA FUTBOLU 17 Sentyabr 2020 / 13:26 3624
-  A +

Fransa Futbol Federasiyası Liqa 1-in 3-cü turunda PSJ -  "Marsel" görüşündə qırmızı vərəqə alan 5 futbolçunun cəzasını açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, Paris təmsilçisinin  müdafiəçisi Layvin Kurzavaya davanı başlatdığı üçün 6, onunla dava edən “Marsel”in oyunçusu Cordan Amaviyə 3 oyunluq cəza verilib.

"Marsel"in müdafiəçisi Alvaro Qonzalesə vuran PSJ-nin oyunçuları Neymar və Leandro Parades 2 oyunda iştirak etməkdən məhrum olublar.  “Marsel”in digər oyunçusu Dario Benedetto isə 1 matç yaşıl meydanlardan kənarda qalacaq.

Neymara qarşı irqçi ifadələr işlətdiyi iddia edilən Alvaro Qonzales haqqında araşdırmanın isə davam etdiyi bildirilib.

Qeyd edək ki, sözügedən qarşılaşmada “Marsel” PSJ-yə 1 cavabsız qolla qalib gəlib.


Son xəbərlər