"Qarabağ"ın Avroliqanın pley-offundakı potensial rəqibləri

"Qarabağ"ın Avroliqanın pley-offundakı potensial rəqibləri
XƏBƏR 17 Sentyabr 2020 / 12:44 10199
-  A +

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qol.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün (əsas və əlavə vaxt -0:0, penaltilər seriyası - 5:6) mübarizəyə Avroliqada davam edəcək Ağdam təmsilçisi pley-offun püşkündə səpələnmişlər səbətində yer alacaq. Buna baxmayaraq, Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın güclü rəqiblərindən biri ilə qarşılaşması mümkündür.
 
Avropa Liqasında hələ II təsnifat mərhələsi yekunlaşmadığı üçün təmsilçimizin potensial rəqibləri ilə bağlı da qarışıq vəziyyətdir. Bu gün keçiriləcək qarşılaşmalardan sonra daha dəqiq nəsə söyləmək olar.
 
“Qarabağ”ın hazırda 29 potensial rəqibi var. Ermənistanın “Ararat” klubu Avroliqada növbəti mərhələyə yüksəlsə belə, iki ölkə arasındakı münaqişəyə görə püşkdə Azərbaycan təmsilçisi ilə düşə bilmədiyi üçün potensial rəqiblər sırasına daxil deyil.

Beləliklə, “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri aşağıdakılardır:
 
“Ludoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)
“Riqa” (Latviya)/”Tre Fiore” (San-Marino) – “Seltik” (Şotlandiya)
“Sarayevo” (Bosniya və Herseqovina) – “Astana” (Qazaxıstan)/”Buduçnost” (Monteneqro)
“Legiya” (Polşa) – “Sileks” (Şimali Makedoniya)/”Drita” (Kosovo)
“Şerif” (Moldova) – “İnter” (Andorra)/”Dandolk” (İrlandiya)
“Yurqorden” (İsveç)/”Europa” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
KuPS (Finlandiya)/”Slovan” (Slovakiya) – “Suduva” (Litva)
“Klaksvik” (Farer adaları) – “Konnahs Kuey” (Uels)/”Dinamo” (Tblisi Gürcüstan)
“Linfild” (Şimali İrlandiya)/”Floriana” (Malta) – “Flora” (Ettoniya)/”Reyktavik” (İslandiya)
“Ararat” (Ermənistan)/”Fola” (Lüksemburq) – “Çelye” (Sloveniya)
 
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü sabah atılacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı