"Bu, karyeramın ən önəmli qurtarışı idi" - "Molde"nin qapıçısı

"Bu, karyeramın ən önəmli qurtarışı idi" - "Molde"nin qapıçısı
XƏBƏR 17 Sentyabr 2020 / 11:57 2178
-  A +

"Molde"nin qapıçısı Andreas Linde Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a penaltilər seriyasında (6:5) qalib gəldikləri matçı şərh edib.

Qol.az xəbər verir ki, o, qələbəni xərçəngdən ölən atasına həsr etdiyini deyib: "Bilirəm ki, atam hər gün və meydanda olanda məni izləyir. "Qarabağ"la matçda da onu arxamda hiss edirdim. Bu, mənim üçün çox şey deməkdir. Atam bu cür vəziyyətlərdə mənə əlavə motivasiya verir".

İsveçli qolkiper penaltilər seriyasında Bədavi Hüseynovun zərbəsini dəf etməsi haqda da danışıb: "Bir qədər əmin deyildim. Çünki hesabı itirdiyim üçün həmin zərbənin həlledici olub-olmadığını bilmirdim. Amma insanların mənə tərəf qaçdığını və məni alqışladıqlarını görəndə hər şeyi bir anda başa düşdüm. İnanılmaz sevinc və rahatlıq hiss edirəm. Bu, karyeramın ən önəmli qurtarışı idi".

A.Linde komanda yoldaşlarına da təşəkkür edib: "Beynimdə o qədər duyğu var ki. Mərhələni keçmək istəyirdik. İsti havada oynamaq çox çətin idi. Buna görə də komandamıza təşəkkür etmək istəyirəm".


Son xəbərlər