Dünyanın ən gözəl qadın futbolçusu “Tottenhem”də

Dünyanın ən gözəl qadın futbolçusu “Tottenhem”də
XƏBƏR 13 Sentyabr 2020 / 13:50 6536
-  A +

Qadınlardan ibarət ABŞ millisinin üzvü Aleks Morqan “Tottenhem”ə transfer olunub.

Qol.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məumat yayıb. 31 yaşlı hücumçunun yeni mövsümdən London təmsilçisinin qadınlardan ibarət komandasına qoşulacağı və 13 nömrəli formanı geyinəcəyi bildirilib.

Morqan ABŞ milli komandasının heyətində 2 dəfə dünya çempionu adını qazanıb. O, yığmada 169 matça çıxıb və 107 qol vurub. Eyni zamanda futbolçu “Lion”la 2016-2017-ci illər mövsümündə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, A.Morqan müxtəlif idman nəşrlərinə görə dünyanın ən gözəl futbolçusu kimi tanınıb.




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı