“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Neftçi” ilə oyundan sonra mətbuat konfransı keçirib.Qol.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları deyib.
- "Neftçi"yə "Qalatasaray"la matçda uğurlar arzulayıram. İstərdim ki, növbəti mərhələyə vəsiqə qazansınlar. Biz Avropa Liqasında mübarizəni dayandırdıq, fasilə komandaya yaradı. Rəqibin son iki matçını analiz etmişdik, boşluqlardan istifadə edə bildik. Azarkeşləri təbrik edirəm. Ürəkləri bizimlə idi.
- Mehdi Cənnətovun durumu nə yerdədir?
- Yəqin ki, sabah dəqiq biləcəyik. Amma çox güman ki, yüngül dartılma var. Aydın Bayramova çox şans vermək istəyirik. Etiraf edim ki, bu gün Mehdi ilə Aydın arasında böyük fərq görmürəm. Bu gün onun meydana çıxmasına sevindim.
- Son günlərin qəhrəmanı olan Rəhim Sadıxovu ehtiyatdan meydana buraxdınız. Düşünmürsünüz ki, buna görə sizi qınaya bilərdilər?
- Məşqçi əgər kənarda nə yazılacağını fikirləşəcəksə, zəiflik edir. Rəhimi bura inanıb gətirmişik. Ona da demişəm ki, millinin bir nömrəsi olacaqsan. Yığmanın heyətindən gələndə çox yorğun idi. Hətta Mehdi ilə Aydın arasında da seçim edirdim. Kaş start heyətində Aydın Bayramovu oynadardım. Komandamızda yaxşı rəqabət var. Bu gün oynamayanların hazırlığından da razıyam.
- Bu "Neftçi" "Qalatasaray" önündə nə edə bilər?
- Rəqib haqda danışmaq yaxşı deyil. Amma inanıram ki, həmin oyun tam fərqli olacaq. Bu gün bəlkə də "Qalatasaray"la oyunu fikirləşirdilər. Bu bir az mane ola bilər. İnanıram ki, Füzuli Məmmədov komandasını toparlaya biləcək.
- Əvvəlki rəsmi matçlarla müqayisədə bu gün tam fərqli "Sumqayıt" var idi. Bu dəyişikliyin səbəbi nədir?
- 3 həftəlik toplanış keçdik. Bugünkü futbolçuların 60 faizi yox idi. "Şkendiya" yaxşı komanda idi. Həmin oyunda da pis oynamadıq, sadəcə qolumuz çatmadı. Yeni futbolçular gələn komandada səbir lazımdır. Yavaş-yavaş artıracağıq.
- Əli Qurbani özünü çox yerə atırdı.
- Ona dəyən zərbələr kimə dəysəydi, daha çox səs çıxarardı. Sizin iradı nəzərə alıb, deyərik ki, yavaş səs çıxarsın.
- "Sumqayıt"dan milliyə başqa kimi namizəd sayarsınız?
- Məni üzən o oldu ki, millinin oyunçuları barədə çox müzakirə oldu. Ən çox da Elvin Bədəlov haqda. Suallar verilirdi ki, bunu haradan gətiriblər. Amma Elvin sübut elədi ki, futbol oynaya bilir. Bizim komandada stabil oynayan futbolçular var. Vüqar Mustafayevi qeyd edə bilərəm ki, orta sahədə ən yaxşılardandır. Həmçinin U-21-dəki Səbuhinin böyük potensialı var. Millinin məşqçiləri analiz edib, kimi məsləhət bilsə, çağıracaq.
- Mətbuatda xəbərlərlər paylaşılır ki, sponsorlar "Sumqayıt"a lazımi büdcə ayırmırlar. Maliyyə problemi ilə üz-üzəsiniz?
- Bizim öz büdcəmiz var. Klubun himayədarları qarşımıza da böyük məqsəd qoymayıb. Gənc yerliləri və kənardakı azərbaycanlıları yığırıq. İlk turdan sonra demişdim ki, səbrli olun. Düzdür, digər komandalarla müqayisədə büdcəmiz az ola bilər. Amma bizə nə söz verilibsə, yerinə yetirilib.
- "Neftçi" və "Sumqayıt"ın büdcə və oyunçularını dəyişsək, hesab daha böyük olardı?
- Mənə görə, büdcə ilə nəticə olmur. Büdcən çoxdursa, o demək deyil ki, çempion olacaqsan. Azərbaycanda üçqat büdcəsi olub Avropa Liqasında bir mərhələ keçə bilməyən komanda olub. Amma "Qarabağ" az büdcə ilə pley-offa qədər gedib. Çempionlar Liqasında qrupa elə komandalar düşür ki, rəqibləri ilə müqayisə oluna bilməz. Hər bir klubun öz məqsədi olmalıdır.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın